QR CodeQR Code

ABŞ Suriyadakı qeyri-qanuni bazalarına 30 yük maşını silah göndərib

إسلام تايمز , 8 Nov 2021 19:31

İslamTimes: Terrorçu ABŞ koalisiyasının Suriyanın şimalına müdaxiləsi davam edir.


"Əl-Elam Əl-Hərbi" informasiya kanalının verdiyi məlumata görə, hərbi təchizatlarla yüklənmiş terrorçu ABŞ qüvvələrinə məxsus bir konvoy bu yaxınlarda Suriyaya daxil olub.

Kanalın məlumatına görə, hərbi karvan 30 yük maşınından ibarət olub. Bu yük maşınlarında yüngül silahlar, döyüş sursatı və minaatanlar olduğu qeyd edilib.

Suriya hakimiyyətinə qarşı fəaliyyət göstərən "Müxalif qüvvələr"in xəbər mənbələri bildiriblər ki, texnika Suriya-İraq sərhədindəki qeyri-qanuni Əl-Vəlid keçidi vasitəsilə Həsəkə vilayətinə daxil olub.


Story Code: 962646

News Link :
https://www.islamtimes.org/az/news/962646/abş-suriyadakı-qeyri-qanuni-bazalarına-30-yük-maşını-silah-göndərib

Islam Times
  https://www.islamtimes.org