QR CodeQR Code

Ukranya XİN Gürcüstana nota göndərib

9 Nov 2021 01:07

İslamTimes: "Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin 18 saylı Qldani penitensiar tibb müəssisəsinə köçürülməsinə və Ukrayna tərəfinə bu barədə məlumat verilməməsinə görə təəssüf duyur".


APA-nın Gürcüstan bürosu xəbər verir ki, Ukrayna XİN-in yaydığı bəyanatında belə qeyd olunub.

Bəyanatda Gürcüstan tərəfinə M.Saakaşvilini dərhal mülki tibbi müəssisəyə köçürməyə çağırış edilib.

Bildirilib ki, bu məsələ ilə əlaqədar bu gün Gürcüstan XİN-ə Ukrayna XİN tərəfindən rəsmi nota göndərilib.

Bəyanatda vurğulanıb ki, Ukrayna vətəndaşı olan M.Saakaşvilinin penitensiar tibbi müəssisədə bundan sonra da saxlanılması əlavə risklər və gərginlik yaradır.

"XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ətrafında baş verən vəziyyəti xüsusi nəzarət altında saxlamağa davam edir", deyə bəyanatda qeyd olunub.


Story Code: 962699

News Link :
https://www.islamtimes.org/az/news/962699/ukranya-xin-gürcüstana-nota-göndərib

Islam Times
  https://www.islamtimes.org