QR CodeQR Code

Saakaşvili döyüldüyünü deyib

9 Nov 2021 10:28

İslamTimes: Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib.


APA xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Vəkil brifinqdə keçmiş liderin məktubunu oxuyub: “Penitensiar tibb müəssisəsinin əməkdaşları məni maşından çıxarmağa başladılar. İmtina etdikdən sonra zorla itələdilər, yerə yıxıldım. Boynuna bir neçə zərbə endirdilər. Saçından tutaraq sürüdülər”.

Vəkilin sözlərinə görə, Saakaşvili penitensiar xəstəxanada müalicədən imtina edib, dərman qəbul etmir və aclıq aksiyasını davam etdirir: "O, öz həkimi ilə görüşməyi tələb edir. Hansısa iynəni necə vuracağını görəndə tibbi avadanlıqları zədələyib. Saakaşvili müəssisədə ona edilən tibbi müdaxilədən imtina edir və şəxsi həkimi ilə görüş tələb edir. Eks-prezident bildirir ki, xəstəxanaya köçürülməsində məqsəd onun fiziki məhv edilməsidir".

Qeyd edək ki, sabiq prezidenti penitensiar tibb müəssisəsində Gürcüstanın Ombudsmanı Nino Lomjaria ziyarət edib.

Xatırladaq ki, ötən gün Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilib. Bazar ertəsi axşam Azadlıq meydanına toplaşan nümayişçilər daha sonra yaxınlıqdakı Hökumət Evinin qarşısına istiqamət alıblar.

Hazırda Hökumət Evinin ətrafında vəziyyətin sabit olduğu bildirilir.


Story Code: 962754

News Link :
https://www.islamtimes.org/az/news/962754/saakaşvili-döyüldüyünü-deyib

Islam Times
  https://www.islamtimes.org