0
Wednesday 10 November 2021 - 00:15

Fələstin Müqavimət Hərəkatı İsrailə xəbərdarlıq etdi

Story Code : 962867
Fələstin Müqavimət Hərəkatı İsrailə xəbərdarlıq etdi
Bir neçə fələstinli məhbusun aclıq aksiyasının həftələrdir davam etdiyi bir şəraitdə sionist rejim hələ də onlara məhəl qoymur. Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli üzvü Xızır Həbib bu gün (çərşənbə axşamı) bildirib ki, belə bir şəraitdə məhbusların həyatı üçün yaranacaq hər hansı təhlükəyə görə birbaşa Tel-Əviv rejimi məsuliyyət daşıyır.

Sama xəbər agentliyinin məlumatına görə, Xızır Həbib deyib: "Fələstin xalqı əsirləri tək qoymayacaq və hər hansı əsir şəhid olarsa, biz müharibəyə başlamağa hazır vəziyyətdəyik."

Xızır Həbib İslami Cihad Hərəkatının məhbuslara dəstək məqsədilə təşkil etdiyi mitinqdə əlavə edib ki, məhbuslar yalnız tələbləri yerinə yetirildikdən sonra aclıq aksiyası vasitəsilə başlatdıqları mübarizələrini dayandıracaqlar.