0
Wednesday 10 November 2021 - 11:46

ABŞ-dan Tiflisə Saakaşvili ilə bağlı çağırış

Story Code : 962921
ABŞ-dan Tiflisə Saakaşvili ilə bağlı çağırış
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

O bildirib ki, ABŞ baş verənləri izləyir və Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir.

“Vaşinqton Saakaşvilinin adekvat tibbi yardım almasına şərait yaradılacağını gözləyir”, - Prays qeyd edib.

Xatırladaq ki, 1 oktyabrdan aclıq elan edən Saakaşvilinin müalicəsi üçün türmə həbsxanasının təchizatı uyğun görünməsə də, Gürcüstan Ədliyyə Nazirliyi onun mülki xəstəxanaya köçürülməsinə imkan vermir.