Zelenski: Rusiya sərhədimizə 100 minlik qoşun toplayıb
Story Code : 963101
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bizim Qərb partnyorlarımız Rusiya qoşunlarının Ukraya ətrafında yerləşdilməsi ilə bağlı məlumat veriblər. İndi bütün dünya görür ki, kim həqiqətən də sülh istəyir, kim 100 minlik qoşunu sərhədə yığır! Eyni zamanda qonşumuzun bu addımları bizi təəccübləndirmir və qorxutmur. Qorxudan və təəccübləndirən odur ki, bu, bəzi ekspert, jurnalist, blogerlər üçün gözlənilməz oldu”, - deyə dövlət başçısı bildirib.