QR CodeQR Code

ÜST: Əfqanıstanda azı 1 milyon uşaq aclıqdan ölə bilər

13 Nov 2021 00:07

İslamTimes: Əfqanıstanda 5 yaşından kiçik azı 1 milyon uşaq dərhal müalicə olunmasa, qida çatışmazlığından ölə bilər


Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə deyib.

M.Harris beynəlxalq ictimaiyyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb:

“Əfqanıstanda qida çatışmazlığı problemi dərinləşir. Bu ilin sonuna kimi 5 yaşından kiçik uşaqların azı bir milyonu kəskin xəstəlikdən ölmək riski ilə üzləşib".

ÜST rəsmisi, həmçinin Əfqanıstanda qızılca xəstəliyinin artmasına diqqət çəkərək, qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün bunun çox təhlükəli olduğunu vurğulayıb.

Qeyd edilir ki, bu il Əfqanıstanda qızılcadan 87 nəfər ölüb.


Story Code: 963354

News Link :
https://www.islamtimes.org/az/news/963354/üst-əfqanıstanda-azı-1-milyon-uşaq-aclıqdan-ölə-bilər

Islam Times
  https://www.islamtimes.org