QR CodeQR Code

Rusiya ilə ABŞ arasında dəhşətli müharibə ola bilər

13 Nov 2021 23:41

İslamTimes: Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə olacağı təqdirdə ABŞ-ın müdaxiləsi və nüvə zərbələri mübadiləsi istisna edilmir.


Bu fikri amerikalı hərbi ekspert, jurnalist Daniel Devis deyib.

Onun sözlərinə görə, ABŞ və NATO öz siyasətlərində realizm və məntiqə arxalanır və yəqin ki, Ukraynaya görə Rusiya ilə silahlı münaqişə olmayacaq:

"Əgər qərar emosiyaya əsaslanırsa, bu, müharibə ehtimalını artıracaq və güclər - Rusiya və ABŞ arasında fəlakətli nüvə zərbələri mübadiləsinə səbəb ola bilər.
ABŞ-ın Kiyevi dəstəkləməkdə nə qədər uzağa getməli olduğunu düşünərkən, Vaşinqton öz maraqlarını qorumaqdan getməlidir. Soyuq hesablama ondan ibarətdir ki, Ukrayna NATO-nun üzvü deyil və buna görə də 5-ci maddəyə əsasən təhlükəsizlik zəmanəti yoxdur".

O, həmçinin ABŞ-ı Rusiya Federasiyası ilə lazımsız müharibədən qaçmaq üçün hər şeyi etməyə, Avropa İttifaqı və Rusiyanı isə gərginliyi azaltmağa çalışmağa çağırıb. /Qaynarinfo/


Story Code: 963512

News Link :
https://www.islamtimes.org/az/news/963512/rusiya-ilə-abş-arasında-dəhşətli-müharibə-ola-bilər

Islam Times
  https://www.islamtimes.org