0
Sunday 14 November 2021 - 01:54

"ABŞ İranın nə qədər güclü olduğunu yaxşı bilir"

Story Code : 963517
"ABŞ İranın nə qədər güclü olduğunu yaxşı bilir"
Livan parlamentindəki Hizbullah fraksiyasının rəhbəri və hərəkatın icra şurasının sədri Məhəmməd Rəd bildirib ki, rəsmi Vaşinqton İranın nə qədər güclü olduğundan xəbərdardır.

Əl-Əhd xəbər saytı Rədə istinadla yazıb: "Amerika sionist rejimi məhv etmək haqqında düşünmür. Bu gün onlar İsraili necə qoruyub saxlamağı və İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağı düşünürlər. Lakin artı hər şey bitib və qatar son dayanacağa çatıb. İran tezliklə nüvə dövlətinə çevriləcək”.

O əlavə edib: “Biz öz suverenliyi uğrunda mübarizə aparan İranla əməkdaşlığımız və əlaqələrimizlə fəxr edirik”.