0
Sunday 14 November 2021 - 19:06

HƏMAS: İsrailin hücumuna sarsıdıcı cavab veriləcək

Story Code : 963597
HƏMAS: İsrailin hücumuna sarsıdıcı cavab veriləcək
HƏMAS Hərəkatı sionist rejimə qarşı müqavimətin, dirənişin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Safa Xəbər Agentliyi bu bəyanata istinadən bildirib ki, başda İzzəddin Qəssam Briqadaları olmaqla Fələstin müqaviməti günü-gündən daha da güclənir. Müqavimət bu günədək dəfələrlə sionist düşmənlə müharibədə üz-üzə gəlib.

HƏMAS bildirib ki, "Hecarət əl-Siccil" əməliyyatında müqavimətin qələbə çalmasından 9 il sonra “Kəskin Qılınc” və “Qüds Qılıncı” kimi müharibələr baş verdi. Bu döyüşlər bir daha göstərdi ki, Fələstin xalqının təhlükəsizliyi, Qüds və Fələstin torpağı bizim qırmızı xəttimizdir və biz qırmızı xəttlərimizin tapdanmasına göz yummayacağıq.