QR CodeQR Code

Ukrayna qırıcıları Su-35-ə müqavimət göstərə bilməz - NL

15 Nov 2021 12:37

İslamTimes: Ukraynanın kiçik və köhnəlmiş aviasiya qırıcıları - MiQ-29, Su-24, Su-25 və Su-27 açıq münaqişə vəziyyətində Rusiyaya uğurla müqavimət göstərə bilməyəcək.


Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest" jurnalında dərc edilən analitik məqalədə bildirilib.

Qeyd olunub ki, Krımda yerləşən S-400 raketdən müdafiə sistemi Ukraynanın şərqində və mərkəzində yerləşən hərbi obyektlər üçün ciddi təhlükə yaradır. Güclü radar sistemi və müxtəlif çeşidli raketlərlə təchiz edilən S-400 400 kilometrə qədər məsafədə idarə olunan təyyarələri, pilotsuz uçuş aparatlarını, qanadlı və ballistik raketləri hədəfə ala bilir.

Məqalədə Rusiya Hərbi Hava Qüvvələrində olan “nəhəng qırıcı” Su-35S xüsusi qeyd edilir. Bu qırıcı Kiyevdə xidmətdə olan MiQ-29, Su-24, Su-25 və Su-27-dən açıq-aydın üstündür və geniş raket silsiləsi sayəsində Ukraynanın əsas hərbi hədəflərinə dağıdıcı dəqiqliklə yerüstü zərbələr endirməyə qadirdir.


Story Code: 963684

News Link :
https://www.islamtimes.org/az/news/963684/ukrayna-qırıcıları-su-35-ə-müqavimət-göstərə-bilməz-nl

Islam Times
  https://www.islamtimes.org