0
Monday 15 November 2021 - 15:40

İsrailli siyasətçi: Tramp və Baydenin İrana qarşı hərbi variantı olmayıb

Story Code : 963718
İsrailli siyasətçi: Tramp və Baydenin İrana qarşı hərbi variantı olmayıb
İşğalçı İsrail rejiminin sabiq baş naziri Benyamin Netanyahunun kabinetində Sionist rejimin daxili təhlükəsizlik müşaviri vəzifəsində çalışmış Yakov Amidror Vyanadakı HBFP müzakirəsi haqqında açıqlama və tövsiyələr verib.

Qərbi Asiya regionunda nüvə silahına sahib yeganə rejimin sabiq təhlükəsizlik müşaviri "Yerusəlim Strategiya və Təhlükəsizlik Fondu"na müsahibəsində bir daha İranın sülhməramlı nüvə proqramının “hərbi” məqsədli olması ilə bağlı əsassız iddiaları təkrarlayıb.

Yakov Amidror əlavə edib: "İran amerikalı müzakirəçiləri aylarla çaşdırdıqdan sonra noyabrın sonunda danışıqlara qayıdacağını açıqladı. Amma ABŞ tərəfinin İranın istədiyi kimi müzakirələr başlayan ilk günlərdən sanksiyaları yumşaldacağını düşünmürəm. İran tərəfinin də olduqca çətin yola gəlməsi bu müzakirələrin uzanmasına səbəb ola bilər..."