QR CodeQR Code

Britaniya: Rusiya kosmik gəmilərə təhlükə yaradır

16 Nov 2021 08:51

İslamTimes: Rusiya kosmik təhlükəsizliyə məhəl qoymayaraq peyk və kosmik gəmilərə təhlükə yaradır.


Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Rusiya dağıdıcı peyk əleyhinə raket sınağı ilə kosmosda təhlükəsizliyə və uzunmüddətli sabitliyə heç bir məhəl qoymadığını nümayiş etdirir. Sınaqdan çıxan tullantılar orbitdə qalacaq və uzun illər peyk və idarə olunan kosmik gəmilərə təhlükə yaradacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Departamenti Rusiyanın peyk əleyhinə raketi sınaqdan keçirməklə Beynəlxalq Kosmik Stansiyaya təhlükə yaratdığını açıqlamışdı.


Story Code: 963821

News Link :
https://www.islamtimes.org/az/news/963821/britaniya-rusiya-kosmik-gəmilərə-təhlükə-yaradır

Islam Times
  https://www.islamtimes.org