QR CodeQR Code

Blinken bəyanat verdi: Azərbaycanla Ermənistanı əməkdaşlığa çağırdı

17 Nov 2021 09:59

İslamTimes: ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məsələsinin həlli üçün konstruktiv əməkdaşlığa çağırır.


Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

"ABŞ Ermənistanla Azərbaycan arasında intensiv döyüş əməliyyatları barədə məlumatlardan dərin narahatlığını ifadə edib. Biz tərəfləri gərginliyin azaldılması və gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal konkret addımlar atmağa çağırırıq. Biz, həmçinin tərəfləri bütün məsələlərin, eləcə də sərhədin demarkasiyası məsələsinin həlli üçün birbaşa konstruktiv əməkdaşlığa çağırırıq", - deyə bəyanatda vurğulanır.


Story Code: 964007

News Link :
https://www.islamtimes.org/az/news/964007/blinken-bəyanat-verdi-azərbaycanla-ermənistanı-əməkdaşlığa-çağırdı

Islam Times
  https://www.islamtimes.org