QR CodeQR Code

Fox News: Bayden Kamala Harrisi qova bilər

إسلام تايمز , 17 Nov 2021 17:59

İslamTimes: Fox News telekanalı "5" proqramında iddia edib ki, ABŞ prezidenti vitse-prezident Kamala Harrisi vəzifəsindən uzaqlaşdıra bilər


KİV-də yer alan məlumatlara görə, ABŞ prezidenti Co Baydenlə vitse-prezident Kamala Harris arasında yaranmış gərginliklərdən sonra Co Baydenin Kamala Harrisi vəzifədən uzaqlaşdıraraq yeni vitse-prezident təyin edəcəyi ilə bağlı ehtimallar güclənib.

Fox News xəbər verir ki, sonuncu dəfə Amerikada prezidentin yeni vitse-prezident təyin etməsi, Konqresin də bu şəxsi təsdiqləməsi hadisəsi 1974-cü ildə baş verib. Bu zaman Nelson Rokfeller yeni vitse-prezident olaraq təyin edilib.

Verilişin aparıcısı Dana Perino bildirib ki, hərçənd Amerikada prezidentin dörd illik səlahiyyət dövrü bitməmiş yeni vitse-prezident seçilməsi və təsdiqlənməsi qeyri-adi hadisədir, ama bu tamamilə rastlanılmayan bir hadisə deyil.


Story Code: 964072

News Link :
https://www.islamtimes.org/az/news/964072/fox-news-bayden-kamala-harrisi-qova-bilər

Islam Times
  https://www.islamtimes.org