0
Thursday 18 November 2021 - 08:21

ABŞ-ın ilk qadın vitse prezidenti: Kamala Harris haradadır? – Şok iddia

Story Code : 964168
ABŞ-ın ilk qadın vitse prezidenti: Kamala Harris haradadır? – Şok iddia
Teleqraf.com xəbər verir ki, bu barədə CNN-in yayımladığı proqramda bildirilib.

ABŞ-ın ilk qadın vitse-prezidenti Harrisin 2024-cü il üçün ən güclü namizəd olacağından danışılırdı. Amma zaman keçdikcə bu mənzərə dəyişmiş kimi görünür.

İddia tez-tez sosial mediada gündəmə gəlsə də, ilk dəfə CNN-in xəbərlərində bu qədər açıq şəkildə müzakirə olunub.

Xəbərdə Kamala Harrisin Ağ Evdə passiv qaldığı, Co Bayden administrasiyası tərəfindən kənara atıldığı iddia edilib. Harrisə yaxın mənbələrə əsaslanan məlumata görə, onun administrasiyadakı rolu və gündəmi ilə bağlı qeyri-müəyyənlik var. Vitse-prezidentin bunu hiss etdiyini və bir neçə dəfə dilinə gətirdiyi də vurğulanıb.

Harrisin sözçüsü Saymon Sanders yayılan iddianı təkzib edib. Ağ Evin sözçüsü Cen Psaki də xəbərə reaksiya verib:

“Bunu eşitməyə ehtiyacı olanlar üçün deyirəm, vitse-prezident Harris təkcə vacib tərəfdaş deyil, həm də ölkənin üzləşdiyi bir çox problemlərin həllində əsas rol oynayan cəsarətli liderdir”.

Mətbuat konfransında Ağ Evin sözçüsünə Harrisin özünü xoşbəxt hiss edib-etmədiyi soruşulduqda belə deyib: “Prezident onu ölkəni idarə etmək üçün seçib və o, çox vacib tərəfdaşdır”.