0
Thursday 18 November 2021 - 09:44

Hindistan da Rusiyanın S-400-ləri ilə silahlanır. Pentaqon narahatdır

Story Code : 964172
Hindistan da Rusiyanın S-400-ləri ilə silahlanır. Pentaqon narahatdır
“Hindistanlı tərəfdaşlarımıza bununla bağlı narahat olduğumuzu açıq şəkildə söylədik. Nazir Yeni Dehliyə səfər edib, biz bu barədə danışdıq və şübhəsiz ki, bundan narahatıq”, - deyə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Noyabrın 14-də Rusiyanın Hindistanı S-400 hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə başladığı məlum olub. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayevin sözlərinə görə, tədarüklər qrafik üzrə aparılır.

Xatırladaq ki, daha əvvəl ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına etiraz edirdi.

virtualaz.org