0
Saturday 20 November 2021 - 02:46

İlham Əliyevlə Paşinyanın Brüsseldə görüşü planlaşdırılır

Story Code : 964479
İlham Əliyevlə Paşinyanın Brüsseldə görüşü planlaşdırılır
APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Sammit çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib.

"Liderlər Aİ-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar", deyə Aİ-nin məlumatında qeyd olunub.

Telefon danışıqları zamanı Paşinyan və Əliyev həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılaşıblar.