QR CodeQR Code

İlham Əliyevlə Paşinyanın Brüsseldə görüşü planlaşdırılır

20 Nov 2021 02:46

İslamTimes: Aİ Şurasının prezidenti Şarl Mişel regiondakı vəziyyəti və dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə etmək üçün İlham Əliyev və Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.


APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Sammit çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib.

"Liderlər Aİ-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar", deyə Aİ-nin məlumatında qeyd olunub.

Telefon danışıqları zamanı Paşinyan və Əliyev həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılaşıblar.


Story Code: 964479

News Link :
https://www.islamtimes.org/az/news/964479/ilham-əliyevlə-paşinyanın-brüsseldə-görüşü-planlaşdırılır

Islam Times
  https://www.islamtimes.org