QR CodeQR Code

İranın Azərbaycandakı səfiri baş nazirin müavini Şahin Mustafayevlə görüşüb

20 Nov 2021 10:01

İslamTimes: İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi baş nazirin müavini Şahin Mustafayevlə görüşüb. Tərəflər qarşılıqlı əlaqələri müzakirə ediblər.


SalamNews xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter səhifəsində yazıb.

“Bu gün Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevlə uzun və səmərəli görüş çərçivəsində ikitərəfli siyasi və iqtisadi əlaqələr, xüsusilə də birgə layihələr müzakirə edildi. Birgə iqtisadi komissiyasının iclaslarının keçirilməsi, ticari mübadilələrin artımı və maneələrin aradan qaldırılması, region müstəvisində əməkdaşlıqların genişləndirilməsi danışıqların mövzularından idi”, deyə İran səfiri bildirib.


Story Code: 964498

News Link :
https://www.islamtimes.org/az/news/964498/iranın-azərbaycandakı-səfiri-baş-nazirin-müavini-şahin-mustafayevlə-görüşüb

Islam Times
  https://www.islamtimes.org