0
Saturday 20 November 2021 - 12:58

Hindistan və Türkiyəni "eyni səbətə" qoymamalıyıq - ABŞ

Story Code : 964537
Hindistan və Türkiyəni "eyni səbətə" qoymamalıyıq - ABŞ
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid S-400 məsələsi ilə bağlı Türkiyə və Hindistan arasında ayrı-seçkilik edilməsi barədə danışarkən deyib.

"Bu məsələ ilə bağlı heç bir qərar verilməyib, hesab edirəm ki, bu barədə şəffaf olmaq vacibdir. Həmçinin müttəfiq üçün CAATSA-nın qanuni tələbləri fərqlidir. Ona görə də hesab edirəm ki, bu qanunvericilikdə Hindistan və Türkiyəyə necə fərqli yanaşıldığını anlamaq da vacibdir.

Bu mürəkkəb mövzular toplusudur. Bir daha demək istəyirəm ki, Hindistanla bağlı heç bir qərar verilməyib. CAATSA-nı nəzərdən keçirdikdə, Hindistan və Türkiyəni eyni səbətə qoymamalıyıq. Bu kontekstdə Türkiyənin ABŞ-ın NATO müttəfiqi olduğunu və onun hüquqi nəticələrini xatırlamaq vacibdir", - Donfrid qeyd edib.

Qeyd edək ki, ABŞ-da S-400 aldığı üçün Hindistana sanksiya tətbiq edilməməsi barədə fikirlər səsləndirilir. Senatorların da müdafiə etdiyi bu mövqe Türkiyəyə qarşı ayrı-seçkilik edildiyini üzə çıxarır.