QR CodeQR Code

Türkiyədə son sutkada koronavirusdan 201 nəfər ölüb

21 Nov 2021 01:25

İslamTimes: Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 201 nəfər ölüb.


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 352 535 nəfər test edilib, onların 23 347-nin koronavirus testi pozitiv nəticə verib, 29 163 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 272 284 peyvənd tətbiq edilib ki, bunun 90,26 faizi birinci, 80,57 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Story Code: 964639

News Link :
https://www.islamtimes.org/az/news/964639/türkiyədə-son-sutkada-koronavirusdan-201-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org