QR CodeQR Code

Saakaşvili aclıq aksiyasını dayandırıb

21 Nov 2021 08:51

İslamTimes: Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbs olunduqdan sonra oktyabrın 1-də elan etdiyi aclıq aksiyasını dayandırıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə tibbi şuranın üzvü Nino Şaraşenidze bildirib.

Şaraşenidzenin sözlərinə görə, Saakaşvili bütün lazımi terapiyadan keçir: "Xəstə qrafik üzrə qida qəbul edir, səhhətinin vəziyyəti stabildir. Müvafiq müalicə taktikasını işləyib hazırlamışıq. Bu prosesə təkcə şura üzvləri deyil, respublika xəstəxanasının həkimləri, qastroenteroloq da cəlb olunub”.

Həkim Saakaşvilinin baş ağrılarından şikayət etdiyini və həkimlərin onu diqqətlə izlədiyini deyib.


Story Code: 964667

News Link :
https://www.islamtimes.org/az/news/964667/saakaşvili-aclıq-aksiyasını-dayandırıb

Islam Times
  https://www.islamtimes.org