0
Sunday 21 November 2021 - 08:51

Saakaşvili aclıq aksiyasını dayandırıb

Story Code : 964667
Saakaşvili aclıq aksiyasını dayandırıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə tibbi şuranın üzvü Nino Şaraşenidze bildirib.

Şaraşenidzenin sözlərinə görə, Saakaşvili bütün lazımi terapiyadan keçir: "Xəstə qrafik üzrə qida qəbul edir, səhhətinin vəziyyəti stabildir. Müvafiq müalicə taktikasını işləyib hazırlamışıq. Bu prosesə təkcə şura üzvləri deyil, respublika xəstəxanasının həkimləri, qastroenteroloq da cəlb olunub”.

Həkim Saakaşvilinin baş ağrılarından şikayət etdiyini və həkimlərin onu diqqətlə izlədiyini deyib.