0
Sunday 21 November 2021 - 09:59

Şahin Mustafayev bu gün Tehrana gedir

Story Code : 964670
Şahin Mustafayev bu gün Tehrana gedir
Noyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

Axar.az xəbər verir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.