QR CodeQR Code

Rusiyanın hipersəs raket sənayesi ABŞ-dan öndədir!

إسلام تايمز , 21 Nov 2021 14:11

İslamTimes: Rusiya hipersəs raket texnologiyasını işlək hala gətirən yeganə ölkədir! - Sputnik


Amerika Birləşmiş Ştatları Aerokosmik Qüvvələrinin əməliyyat komandirinin müavini general David Tompson bildirib ki, Rusiya və Çin hipersəs raket texnologiyasını ABŞ-dan daha çox inkişaf etdirməyə nail olub.

David Tompson, şənbə günü "Halifax Regional Municipality" Sammitində verdiyi açıqlamada deyib: "Birləşmiş Ştatlar hipersəs raketlərlə bağlı Rusiya və Çindən geri qalır."

Hipersəs raketləri atmosferdə səsdən ən azı beş dəfə sürətli hərəkət etmək qabiliyyətinə malikdir və çox yüksək sürətlə istiqamətini dəyişə bildiyi üçün mövcud radarlarla onları izləmək və hədəf almaq imkansızdır.

Sputnik xəbər agentliyi generala istinadla xəbər verir ki, Rusiya hazırda hipersəs raketlərə sahib olan və onu işlək vəziyyətə gətirən yeganə ölkədir.



 


Story Code: 964700

News Link :
https://www.islamtimes.org/az/news/964700/rusiyanın-hipersəs-raket-sənayesi-abş-dan-öndədir

Islam Times
  https://www.islamtimes.org