0
Sunday 21 November 2021 - 14:53

Sionist rejim 2021-ci ildə 77 fələstinli uşağı qətlə yetirib!

Story Code : 964707
Sionist rejim 2021-ci ildə 77 fələstinli uşağı qətlə yetirib!
Anadolu Xəbər Agentliyinin verdiyi məlumatına görə, "Fələstinli Uşaqları Müdafiəsi" Beynəlxalq İnsan Haqları Qrupu "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" (20 noyabr Ümumdünya Uşaqlar Günü) münasibətilə elan edib ki, sionist rejim 2021-ci ildə 77 fələstinli uşağı qətlə yetirib və hər il 500-700 uşağı hərbi məhkəmə qarşısına çıxarır.

İnsan haqlarının müdafiəsi təşkilatı bu barədə məlumat yayaraq bildirib: "Bu ilin əvvəlindən 61-i Qəzza zolağında, 16-sı İordan çayının qərb sahili və şərqi Qüdsdə olmaqla 77 fələstinli uşaq işğalçı İsrail qüvvələri tərəfindən şəhid edilib. Bu qətllər sənədləşdirilib”.

Bəyanatda deyilir: “2000-ci ildən bəri İsrail qüvvələri təxminən 2200 fələstinli uşağı öldürüb."