0
Sunday 21 November 2021 - 16:21

İranın nüvə və PUA sənayesi sionist rejimi özündən çıxarıb

Story Code : 964715
İranın nüvə və PUA sənayesi sionist rejimi özündən çıxarıb
Hazırda Bəhreyndə səfərdə olan sionist rejimin daxili təhlükəsizlik müşaviri Eyal Holata Manama Toplantısında İran əleyhinə fikirlər səsləndirib. Qərbi Asiyada nüvə silahına malik yeganə rejim olan İsrailin bu iclasdakı nümayəndəsi İranın sülhməramlı nüvə proqramına qarşı əsassız iddiaları təkrarlayıb və bildirib ki, rəsmi Tehrana qarşı birləşmə zamanıdır.

Sionist rejimin Bəhreyn paytaxtındakı müxbirlərinin məlumatına görə, İsrail rejimin daxili təhlükəsizlik müşaviri Eyal Holata bazar günü regional təhlükəsizlik sammitində çıxış edərkən İsrailin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyərək əlavə edib: "Yaxın Şərq və dünyanın İranla bağlı kritik bir dönəmdədir."