QR CodeQR Code

Tehranla Bakı ANLAŞIR: yeni saziş imzalana bilər, Türkmənistan isə...

22 Nov 2021 00:39

İslamTimes: "İran və Azərbaycan yaxın həftələrdə Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənməsinə dair saziş imzalaya bilərlər".


Publika.az TASS-a istinadla xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşündən sonra deyib.

"Azərbaycan nümayəndə heyəti ilə konstruktiv görüş keçirilib və mühüm razılaşmalar əldə olunub", - "Sana" agentliyi onun sözlərindən sitat gətirib

"Yaxın həftələrdə Azərbaycanla neft-qaz sektorunda və Xəzər dənizində neft-qaz yataqlarının işlənməsində dair yaxşı saziş imzalanacaq", - siyasətçi ümid edib.

"Danışıqlar zamanı Türkmənistan da daxil olmaqla, qonşu ölkələrdən İran vasitəsilə Azərbaycana qaz nəqlinə dair razılıq əldə olunub", - o əlavə edib.


Story Code: 964769

News Link :
https://www.islamtimes.org/az/news/964769/tehranla-bakı-anlaşir-yeni-saziş-imzalana-bilər-türkmənistan-isə

Islam Times
  https://www.islamtimes.org