0
Monday 22 November 2021 - 02:29

Zaxarova NATO-nun ittihamına cavab verdi

Story Code : 964775
Zaxarova NATO-nun ittihamına cavab verdi
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Estoniyadakı səfirliyi Estoniya Müdafiə Qüvvələri və ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin birgə təlimlərini elan edib:

"Pentaqonun döyüş oyunlarında bu ölkə (Estoniya - red.) sərhədlərimizdə NATO körpüsündən başqa bir şey deyil. Silahlı qüvvələrin qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə yönəlmiş bu tədbirlər başqa heç bir məqsəd daşımır və daşıya da bilməz.

Belə təlimlərin keçirilməsi NATO-nun Rusiya yaxınlığında süni şəkildə gərginlik yaratmaq niyyətini təsdiqləyir. İndi mən bilmək istərdim ki, NATO-nun baş katibi bu cür hərəkətləri necə şəffaf, proqnozlaşdırıla bilən və qeyri-aqressiv hesab edir?"