0
Monday 22 November 2021 - 08:52

Avstraliya ABŞ-la sualtı qayıqlara dair müqavilə imzalayıb

Story Code : 964777
Avstraliya ABŞ-la sualtı qayıqlara dair müqavilə imzalayıb
APA-nın xəbərinə görə müdafiə naziri Peter Dutton artıq 3 ölkə arasında məlumat mübadiləsinə imkan verən sənədi imzalayıb.

Söhbət 3 ölkə arasındakı yeni hərbi alyansdan gedir. Sualtı qayıqların istehsalına dair 90 milyard dollar dəyərində müqavilə ilə danışıqlar yayda başlamış, sentyabrda ilkin razılıq əldə edilmişdi. Bunun ardınca Avstraliya Fransadan sualtı qayıq almağı dayandırmışdı. Ölkənin bu qərarı Avropada ciddi narazılıq yaradıb.