0
Monday 22 November 2021 - 10:30

İraq: Bizim qəti mövqeyimiz İsraillə münasibətlərin normallaşmasına qarşı çıxmaqdır

Story Code : 964804
İraq: Bizim qəti mövqeyimiz İsraillə münasibətlərin normallaşmasına qarşı çıxmaqdır
İraq Xarici İşlər Nazirliyi bazar günü bir daha Fələstin məsələsini dəstəklədiyini və İsrail ilə münasibətlərin normallaşmasına qarşı olduğunu bildirib.
İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Biz Fələstin məsələsini və fələstinlilərin qanuni hüquqlarını dəstəkləmək və İsraillə münasibətlərin normallaşmasına qəti şəkildə qarşı çıxmaqda İraqın məlum mövqeyini bir daha təsdiqləyirik".
Bəzi KİV-lər İraqın xarici işlər naziri Fuad Hüseynə istinadən bildiriblər ki, Bağdad Təl-Əvivlə münasibətlərin normallaşmasına qarşı deyil. /Eastnews/