QR CodeQR Code

Rafael Qrossi İrana səfər edəcək

22 Nov 2021 12:32

İslamTimes: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sədri Rafael Qrossi İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün bu gün Tehrana səfər edəcək.


Qrossinin Tehrana səfəri zamanı İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami və Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşləri gözlənilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə bundan əvvəl AEBA-nın direktoru Rafael Qrossinin İrana dəvət edildiyini və tezliklə Tehrana səfər edəcəyini açıqlamışdı. /Eastnews/

 


Story Code: 964817

News Link :
https://www.islamtimes.org/az/news/964817/rafael-qrossi-irana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org