QR CodeQR Code

“DQR”-nin nümayəndə heyəti Parisdə peyda olub

Sahartv , 22 Nov 2021 13:25

Islamtimes - Qondarma “dqr hökumətinin” bəzi nümayəndələri Fransaya “işgüzar səfərə” çıxıblar.



SəhərAzəri-nin məlumatına əsasən, separaçıların “ərazi və infrastrukturun idarəedilməsi naziri” Hayk Xanumyan və qondarma “dqr parlamentinin spikeri” Artur Tovmasyan noyabrın 15-dən 19-na qədər Fransada səfərdə olublar. Xankəndindən olan “nazir” və “parlament spikeri” səfər çərçivəsində  Fransanın Milli Assambleyasınını nümayəndələri ilə görüşüblər.
Onları həmçinin Fransa Senatında Respublikaçılar qrupunun rəhbəri qəbul edib. Noyabrın 19-da isə Xankəndindən getmiş separatçıları Valense şəhərinin meri Nicolas Daragon qəbul edib.
Xatırladaq ki, bir vaxtlar Fransadan da Azərbaycanın işğal altındakı ərazilərinə hansısa deputatlar və ya şəhər merləri, siyasətçilər bu cür qanunsuz səfərlər edərdi.
İlk dəfə deyil ki, Fransanın bəzi şəhərlərinin yerli idarəetmə orqanları separatçı rejimin nümayəndələrini “rəsmi qonaq” qismində qəbul edir və hər dəfə bu cür səfərlərə görə rəsmi Bakı öz etirazını diplomatik kanallarla çatdırır.
Azərbaycanlı müşahidəçilər bildirirlər ki, qondarma rejimin nümayəndələrinin həmsədr ölkələrdən birinə səfərinə şərait yaratmaq Fransanın regionda sülhün təmin olunmasına can atdığı barədə bəyanatlarına ziddir. Və bu səfər Azərbaycan cəmiyyətində, rəsmi dairələrində Fransanın regiondakı rolu barədə mövcud olan şübhələri daha da artırır.
Doğrudur, Paris iddia edir ki, həmin şəxslərin səfəri fərdi xarakter daşıyırdı və Fransa hökumətinin bu səfərin təşkilində heç bir iştirakı olmayıb. Lakin belə formal izahat Fransanın niyyətini və siyasətini təmizə çıxarmaq üçün kifayət deyil. Çünki indiki situasiyada özlərini “nazir” və ya “parlament sədri” kimi təqdim edən qondarma rejimin nümayəndələrinin həmsədr ölkələrdən birinə səfəri və orada parlament üzvləri, meriya rəhbərləri statusunda olan şəxslərlə görüşməsi regionda sülhün güclənməsinə heç cür xidmət etmir. 
Maraqlıdır ki, Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası”nın Parisdəki nümayəndəliyi ləğv edilib. Qarabağdakı qondarma rejimin nümayəndəliyi isə Parisdə fəaliyyətini davam etdirir. Bakıda Fransa hökumətininrtın bariz nümunəsi kimi səciyyələndirirlər.  
 


Story Code: 964820

News Link :
https://www.islamtimes.org/az/news/964820/dqr-nin-nümayəndə-heyəti-parisdə-peyda-olub

Islam Times
  https://www.islamtimes.org