0
Tuesday 23 November 2021 - 00:07

Sudanda baş verən qarşıdurmalarda 21 nəfər ölüb, çox sayda yaralı var

Story Code : 964944
Sudanda baş verən qarşıdurmalarda 21 nəfər ölüb, çox sayda yaralı var
APA xəbər verir ki, bu barədə Dabanqa radiosu məlumat yayıb.

Hadisə Qərbi Darfur əyalətinin Cebel Mun bölgəsində baş verib. Minlərlə sakin evlərini tərk edərək qonşu Çad dövlətinə qaçmağa məcbur olub.

Qərbi Darfur Köçəriləri Ali Şurası hücuma görə ştatın və mərkəzi hakimiyyət orqanlarının məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, Darfur bölgəsində 2003-cü ildən vətəndaş müharibəsi davam edir. İki silahlı qrup - Sudan Azadlıq Hərəkatı ilə Ədalət və Bərabərlik Hərəkatı regionun "iqtisadi marginallaşmasına" etiraz edərək hakimiyyətə qarşı çıxır.

BMT-nin məlumatına görə, münaqişələr zamanı 300 min insan həyatını itirib, 2,5 milyondan çox insan qaçqın düşüb.