QR CodeQR Code

ABŞ-da 48 nəfərə avtomobillə xəsarət yetirən şübhəli şəxsin kimliyi məlum olub

23 Nov 2021 01:22

İslamTimes: ABŞ-da 48 nəfərə avtomobillə xəsarət yetirən şübhəli şəxsin kimliyi məlum olub


ABŞ polisi 39 yaşlı Darrell Bruksu Viskonsin ştatının Uokeş şəhərində keçirilən Milad paradının iştirakçılarını avtomobillə vurmaqda şübhəli şəxs adlandırıb və ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin beş bəndi üzrə ittihamlar irəli sürülüb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün törədilmiş hadisə nəticəsində 5 nəfər ölüb, daha 48 nəfər yaralanıb. Yaralılardan ikisi uşaqdır, onlar ağır vəziyyətdədir.

"Bu faciəvi hadisədə şübhəli bilinən şəxsin 39 yaşlı Darrell Bruks olduğu müəyyən edilib", - yerli polis rəisi Dan Tompson mətbuat konfransında deyib.

Bruks hadisə yerində həbs edilib. Polislərdən biri avtomobilə atəş açsa da, o, xəsarət almayıb. Tompson əlavə edib ki, araşdırma davam etdikcə Bruks əlavə ittihamlarla üzləşə bilər.

Polis terror aktı versiyasını təkzib edib. Bildirilir ki, cinayətkar tək hərəkət edib.

ABŞ Prezidenti Cozef Bayden də öz növbəsində Uokeş şəhərində vəziyyətin nəzarət altında olduğunu deyib.


Story Code: 964955

News Link :
https://www.islamtimes.org/az/news/964955/abş-da-48-nəfərə-avtomobillə-xəsarət-yetirən-şübhəli-şəxsin-kimliyi-məlum-olub

Islam Times
  https://www.islamtimes.org