QR CodeQR Code

İsrail Türkiyədən HƏMAS-ın İstanbuldakı ofislərini bağlamağı tələb edib

23 Nov 2021 13:40

İslamTimes: İsrail Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) İstanbul şəhərində olan ofislərinin bağlanılmasını tələb edib.


SalamNews Haaretz-ə istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Yair Lapid tələb irəli sürüb.

O verdiyi son açıqlamasında (işğal altında olan) İordan çayının Qərb sahilində tutulan HƏMAS üzvlərinin İstanbuldakı ofislərdən istiqamətləndirildiyini bildirib və Türkiyədən burada olan HƏMAS-ın ofislərinin bağlanılmasını tələb edib.

İsrailin xarici işlər naziri iddia edib ki, “bu ofislər terrorçuluğun mərkəzidir.”

Qeyd edək ki, HƏMAS-ın idarə etdiyi Qəzza zolağı 2008-ci ildən İsrailin hava quru və sudan mühasirəsindədir. İsrail qeyd edilən müddət ərzində 2,5 milyon insanın mühasirədə qaldığı Qəzzaya qarşı dörd dəfə şiddətli müharibə həyata keçirib ki, onların heç birində faktiki olaraq irəliləyə bilməyib. HƏMAS-ın Fələstindən xaricdə olan ofisləri əsasən Livan, Dəməşq, İran, Qətər və Türkiyədə yerləşir.


Story Code: 965021

News Link :
https://www.islamtimes.org/az/news/965021/israil-türkiyədən-həmas-ın-istanbuldakı-ofislərini-bağlamağı-tələb-edib

Islam Times
  https://www.islamtimes.org