QR CodeQR Code

Sionist rejim: İranlılar bizi uzaqdan sıxışdırırlar

إسلام تايمز , 23 Nov 2021 16:54

İslamTimes: Vyana danışıqlarına təqribən bir həftə qalmış işğalçı İsrail rejiminin baş naziri Naftali Bennet növbəti dəfə İranın nüvə proqramı və regiondakı siyasətlərinə qarşı mövqe nümayiş etdirib.


İsrail mediasının məlumatına görə, baş nazir Naftali Bennet bu ayın sonlarında İran və dünya gücləri arasında Vyanada keçiriləcək danışıqlar barədə nəzər bildirib.

Bennet çıxışının əvvəlində deyib: “İranlılar Tehranda təhlükəsiz bir mühitdə oturub, İsraili raketlərlə mühasirəyə alıb. Onlar uzaq məsafədən də olsa bizi incidirlər, bizə zərər toxundururlar.”

Sionist rejimin baş naziri daha sonra bu rejim rəsmilərinin İslam İnqilabı Keşikçiləri Korpusu, xüsusilə də Qüds Qüvvələrinin terrorizmə dəstək çıxması ilə bağlı əsassız iddialarını təkrar səsləndirib.

Qərbi Asiya regionunda nüvə silahına sahib yeganə "ölkə" olan İsrailin baş naziri daha sonra İranın dinc nüvə proqramı haqda da əsasslz ittihamları təkrarlayıb.


Story Code: 965054

News Link :
https://www.islamtimes.org/az/news/965054/sionist-rejim-iranlılar-bizi-uzaqdan-sıxışdırırlar

Islam Times
  https://www.islamtimes.org