0
Tuesday 23 November 2021 - 17:25

Taliban sözçüsü: Əfqanıstanda narkotik becərilməsini sıfıra endirəcəyik

Story Code : 965058
Taliban sözçüsü: Əfqanıstanda narkotik becərilməsini sıfıra endirəcəyik
Zəbihullah Mücahid Sputnik-ə müsahibəsində bildirib: "Bizim siyasətimiz budur ki, narkotik becərilməsini sıfıra endirək. Bunun üçün bu işlə məşğul olanlara alternativ təklif edilməlidir. Biz bu şəxsləri müxtəlif məhsullar yetişdirməyə təşviq etməyə çalışırıq."

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında qeyd edilir ki, Əfqanıstanda narkotik istehsalı ardıcıl beşinci ildir ki, artır. Bu il narkotik istehsalının həcmi 6 min tonu keçib.