Keçmiş Sudan rəsmisi: İsrail və Misir Sudandakı çevrilişi dəstəklədi
إسلام تايمز , 23 Nov 2021 17:43
İslamTimes: Sudanın sabiq dövlətində Xarici İşlər Naziri vəzifəsində çalışmış xanım Məryəm əl-Mehdi bildirib ki, Sudandakı son hərbi çevriliş Misir və Sionist rejim tərəfindən dəstəklənib.
Sudanın sabiq hökumətində XİN başçısı olmuş Məryəm əl-Mehdi əlavə edib ki, dünyanın əksər dövlətləri Sudandakı hərbi çevrilişi pisləyib. Hətta Misir, İsrail kimi çevrilişə dəstək verən dövlətlər belə bu mövzu ilə bağlı susa bilmədilər və nəhayət Misir strateji danışıqlar zamanı Sudandakı çevriliş səbəbindən təəssüf hissi keçirdiyini iddia etmək məcburiyyətində qaldı.
"Əl-Məyadin"-in məlumatına görə, Sudanın keçmiş xarici işlər naziri həmçinin bildirib:
“Ordu komandanı Əbdülfəttah əl-Burhan və baş nazir Abdullah Həmduk arasında yeni razılaşma qəbuledilməz bir geriyə dönüşdür! Orduya etimad yoxdur. Onlar çevrilişin lehinə hərəkət edir və gəncliyin tələblərinə və inqilab zamanı edilən fədakarlıqlara əhəmiyyət vermir".
Story Code: 965065