QR CodeQR Code

Netanyahu yenə sərsəmlədi

İşğalçı İsrailin baş naziri: "Türkiyədən üzr istəməyəcəyik!"

5 Sep 2011 00:15

IslamTimes - Benyamin Netanyahu Türkiyədən üz istəməyəcəyini bildirdiyi halda iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasının yolunun tapılacağına ümid etdiyini söyləyib.


İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında Türkiyə ilə münasibətlərdə yaranmış vəziyyətə dair açıqlama verib. Netanyahu Türkiyə ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini, lakin "Mavi Mərmərə" hadisəsi ilə bağlı üzr istəməyəcəklərini deyib.

Mühasirə şəraitində yaşayan Qəzzə əhalisinə humanitar yardım daşıyan günahsız insanları bütün dünya gözü qarşısında qətliam edən İsrail rejimi bu insanları özləri üçün təhlükə adlandırıb. İşğalçı rejim günahsız yardımçıları təhlükə adlandırmaqdan əlavə gəmi vasitəsi ilə daşınan humanitar yardımları da “silah” adlandırıb.

Netanyahu deyib: "Hücuma məruz qalan əsgərlərimiz özlərini müdafiə etdikləri üçün üzr istəməyəcəyik. “Həmas” üçün silahların daşınmasına mane olmaq üçün gördüyümüz tədbirlərə görə üzr istəməyə ehtiyac yoxdur.

Ümid edirəm ki, Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasının bir yolunu taparıq. Türkiyə ilə əlaqələri heç vaxt kəsmək istəməmişik. Özümüzü müdafiə etmək hüququmuzdan istifadə edirik. Vətəndaşlarımızı və övladlarımızı qorumağımıza görə üzr istəməyəcəyik"


Story Code: 96512

News Link :
https://www.islamtimes.org/az/news/96512/netanyahu-yenə-sərsəmlədi

Islam Times
  https://www.islamtimes.org