QR CodeQR Code

Putin Fələstin lideri ilə GÖRÜŞDÜ

24 Nov 2021 00:38

İslamTimes: Rusiya Prezidenti Vladimir Putin və Fələstin muxtariyyətinin dövlət başçısı Mahmud Abbas Soçi şəhərində görüşüb.


Modern.az xəbər verir ki, Putin Abbasla görüşünün əvvəlində verdiyi açıqlamada Fələstin xalqının yaşadıqları şəraitdən xəbərdar olduğunu bildirib.

Xarici ölkələrin təzyiqləri və bölgədəki gərgin vəziyyətin, eləcə də yeni növ koronavirus (COVID-19) epidemiyasının da bu şərtlərə təsir etdiyini bildirən Putin qeyd edib ki, Rusiya COVID ilə mübarizədə Fələstinə kömək edir.

Putin Rusiyanın Fələstin probleminin həlli ilə bağlı yanaşmasında heç bir dəyişiklik olmadığını vurğulayıb.

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq, Fələstin problemi iki müstəqil dövlət əsasında, bu ölkədə yaşayan bütün insanların mənafeyini nəzərə alan ədalətli zəmində həll edilməlidir. Nə qədər çətin olsa da, bu məqsədə doğru çalışacağıq”, - deyə Putin bildirib.


Story Code: 965135

News Link :
https://www.islamtimes.org/az/news/965135/putin-fələstin-lideri-ilə-görüşdü

Islam Times
  https://www.islamtimes.org