0
Wednesday 24 November 2021 - 09:41

Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb

Story Code : 965152
Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb
APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi mağazalardan birinə çırpıb. Qəza zamanı Emin Əliyev adlı şəxs xəsarət alıb, Renat Əliyev isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil Mühafizə Polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.