QR CodeQR Code

Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb

24 Nov 2021 09:41

İslamTimes: Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.


APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi mağazalardan birinə çırpıb. Qəza zamanı Emin Əliyev adlı şəxs xəsarət alıb, Renat Əliyev isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil Mühafizə Polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Story Code: 965152

News Link :
https://www.islamtimes.org/az/news/965152/gəncədə-polis-maşını-mağazaya-girib-bir-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org