0
Wednesday 24 November 2021 - 12:15

Bayden benzini ucuzlaşdırmaq üçün hərəkətə keçdi

Story Code : 965211
Bayden benzini ucuzlaşdırmaq üçün hərəkətə keçdi
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Benzinin qiyməti Avropa və Asiyada rekord həddə çatıb. Fransada bir qallon (3.7 litr) benzinin qiyməti 7 dollar, Yaponiyada isə 5.5 dollar təşkil edib. ABŞ-da isə bir qallon benzinin orta qiyməti 3.4 dollardır”, - Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, əvvəllər qiymət artımları daha ciddi olub.

“Biz bunu 2012-ci ildə, benzinin qiyməti 3,90 dollar həddinə çatanda və 2014-cü ildə, 3,69 dollar olanda gördük. Əsas odur ki, biz həmişə bu partlayışlardan keçirik. Və bunun öhdəsindən gələcəyik", - Bayden qeyd edib.