QR CodeQR Code

Bayden benzini ucuzlaşdırmaq üçün hərəkətə keçdi

24 Nov 2021 12:15

İslamTimes: Benzinin qiymətinin baha olması təkcə ABŞ-da deyil, bütün dünyada problemdir.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Benzinin qiyməti Avropa və Asiyada rekord həddə çatıb. Fransada bir qallon (3.7 litr) benzinin qiyməti 7 dollar, Yaponiyada isə 5.5 dollar təşkil edib. ABŞ-da isə bir qallon benzinin orta qiyməti 3.4 dollardır”, - Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, əvvəllər qiymət artımları daha ciddi olub.

“Biz bunu 2012-ci ildə, benzinin qiyməti 3,90 dollar həddinə çatanda və 2014-cü ildə, 3,69 dollar olanda gördük. Əsas odur ki, biz həmişə bu partlayışlardan keçirik. Və bunun öhdəsindən gələcəyik", - Bayden qeyd edib.


Story Code: 965211

News Link :
https://www.islamtimes.org/az/news/965211/bayden-benzini-ucuzlaşdırmaq-üçün-hərəkətə-keçdi

Islam Times
  https://www.islamtimes.org