QR CodeQR Code

“Apple” cəsus proqramı satan İsrail şirkətindən şikayət edib

24 Nov 2021 15:08

İslamTimes: Kaliforniya Federal Məhkəməsində İsraildə cəsus proqramı istehsal edib satan şirkətə qarşı şikayət qeydə alınıb.


SalamNews BBC-ə istinadla xəbər verir ki, Amerikanın məşhur Apple şirkəti İsrailin “Pegasus” cəsus proqramını istehsal edib satmış “NSO Group” şirkətindən şikayət edib.

Məlumata görə bu şikayətə baxılarsa İsrailin “NSO Group” şirkəti müxtəlif cəzalar və kompensasiyaların ödənilməsilə üzləşə bilər ki, onlardan biri də “Apple”nin tətbiqlərindən məhrum olmaqdır.

Qeyd edək ki, “NSO Group” şirkətinin istehsal etdiyi və bir çox ölkə hakimiyyətlərinə satdığı “Pegasus” cəsus proqramı təkcə android sistemləri deyil, Apple telefonlarına da sıza bilir və oradakı bütün məlumatları ötürə bilir. Pegasus iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.

Cari ayın əvvəlində ABŞ İsrailin “NSO Group” şirkətini qara siyahıya salıb. ABŞ Ticarət Departamenti bildirib ki, onların bu qadağa qərarı şirkət tərəfindən istehsal edilən casus proqram təminatının xarici hökumətlərin rəsmilər, jurnalistlər, iş adamları, fəallar, elm adamları və səfirlik əməkdaşlarına qarşı istifadə edildiyinə dair sübutlara əsaslanıb.


Story Code: 965222

News Link :
https://www.islamtimes.org/az/news/965222/apple-cəsus-proqramı-satan-israil-şirkətindən-şikayət-edib

Islam Times
  https://www.islamtimes.org