QR CodeQR Code

Peskov: “Yeni peyvəndi Putin öz üzərində sınaqdan keçirib"

25 Nov 2021 07:51

İslamTimes: “Rusiya Prezidenti Vladimir Putinin öz üzərində sınaqdan keçirdiyi koronavirusa qarşı burun peyvəndi maye şəklində olub”.


APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Putin “Sputnik Light” peyvəndi ilə revaksinasiyadan bir gün sonra burun peyvəndindən istifadə edib: "Heç bir əlavə təsiri olmayıb. Prosedurdan sonra dövlət başçısının temperaturu da olmayıb”.

Qeyd edək ki, bundan əvvəl Putin hökumət üzvləri ilə görüşü zamanı koronavirusa qarşı burun peyvəndini toz şəklində sınaqdan keçirdiyini bildirmişdi.


Story Code: 965319

News Link :
https://www.islamtimes.org/az/news/965319/peskov-yeni-peyvəndi-putin-öz-üzərində-sınaqdan-keçirib

Islam Times
  https://www.islamtimes.org