QR CodeQR Code

Rusiya: Suriyanın HHM sistemləri İsrail raketlərinin əksərini məhv edib

إسلام تايمز , 25 Nov 2021 09:15

İslamTimes: Rusiya ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərinin işğalçı İsrail qırıcılarının Homsa hədəf almaq üçün istifadə etdiyi 10 raketi təsbit edərək, məhv etdiyini bildirib


Suriyadakı tərəflər arasında Barışıq Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib: “Suriya ordusu ötən gecə İsrail tərəfindən atılan raketlərin əksəriyyətini Rusiya istehsalı sistemlərdən istifadə edərək məhv edib."

RİA Novosti saytının verdiyi məlumata görə, Vadim Kulit mətbuat konfransında bildirib: “Çərşənbə günü saat 02:28-dən 02:38-dək İsrailin 6 ədəd F-16 döyüş təyyarəsi Livan hava məkanından 12 idarə olunan raketlə Homs əyalətindəki hədəfləri vurmağa çalışır. Bu hücum nəticəsində bir Suriya əsgəri yaralanıb. Amma Pantsir-S (Sam-22) havadan müdafiə sistemləri İsrailin 10 raketini elə havadaca məhv edib.

Qeyd edək ki, İsrailin Kanal 12 televiziyası da Suriya hava hücumundan müdafiə sistemlərinin İsrail qırıcılarını raketlərlə hədəf aldığını açıqlamışdı.


Story Code: 965326

News Link :
https://www.islamtimes.org/az/news/965326/rusiya-suriyanın-hhm-sistemləri-israil-raketlərinin-əksərini-məhv-edib

Islam Times
  https://www.islamtimes.org