0
Thursday 25 November 2021 - 09:15

Rusiya: Suriyanın HHM sistemləri İsrail raketlərinin əksərini məhv edib

Story Code : 965326
Rusiya: Suriyanın HHM sistemləri İsrail raketlərinin əksərini məhv edib
Suriyadakı tərəflər arasında Barışıq Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib: “Suriya ordusu ötən gecə İsrail tərəfindən atılan raketlərin əksəriyyətini Rusiya istehsalı sistemlərdən istifadə edərək məhv edib."

RİA Novosti saytının verdiyi məlumata görə, Vadim Kulit mətbuat konfransında bildirib: “Çərşənbə günü saat 02:28-dən 02:38-dək İsrailin 6 ədəd F-16 döyüş təyyarəsi Livan hava məkanından 12 idarə olunan raketlə Homs əyalətindəki hədəfləri vurmağa çalışır. Bu hücum nəticəsində bir Suriya əsgəri yaralanıb. Amma Pantsir-S (Sam-22) havadan müdafiə sistemləri İsrailin 10 raketini elə havadaca məhv edib.

Qeyd edək ki, İsrailin Kanal 12 televiziyası da Suriya hava hücumundan müdafiə sistemlərinin İsrail qırıcılarını raketlərlə hədəf aldığını açıqlamışdı.